azerbaycanli-eks-musavirin-kurekeni-bele-gullelendi-video

Azərbaycanlı eks-müşavirin kürəkəni belə güllələndi - VİDEO

pasinyan-ilham-eliyevle-etibarli-operativ-rabite-qurmusam

Paşinyan: “İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam”

ilin-sonunadek-sehid-ailelerinin-50-faizine-yaxinina-birdefelik-odeme-verilecek-nazir

"İlin sonunadək şəhid ailələrinin 50 faizinə yaxınına​ birdəfəlik ödəmə veriləcək" - Nazir

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

İDMAN

Daha bir güləşçimiz olimpiadaya lisenziya qazanıb

17.05.2018 01:55

Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləşçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

Qızıl medal qazanan Turan Bayramov həm də oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Bayramov finalda rusiyalı Maqomed Abdulkadirova 9:0 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.

Fuad Mayılov (80 kq) və İslam Abuyev (110 kq) gümüş, Əlihəsən Əmirli (48 kq) bürünc medala sahib olub.

Daha əvvəl qadın güləşçi Şahanə Nəzərova (43 kq) da olimpiadaya lisenziya qazanıb. O, Avropa çempionatında finala yüksəlib. (Report)

Oxundu 194