Deputatlar DYP-yə qarşı: Deputatların avtomobili də toxunulmazdır?

Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi - VİDEO

Nə becərməliyik: meyvə-tərəvəz, yoxsa pambıq? - ANALİZ

Cümə, 25 may 2018
TR EN RU

Menu

Cümə, 25 may 2018
EN TR RU

DÜNYA

İsrail məşhur rusiyalı müğənnini ölkəyə buraxmadı

17.05.2018 00:02

Məşhur rusiyalı müğənni Leps İsrail ərazisinə buraxılmayıb.

Bunu Knessetin deputatı Yuliya Malinovskaya öz “Facebook” səhifəsində yazıb.

“Polisin nə üçün məşhur rusiyalı müğənnin ölkəyə girişi məsələsi ilə məşğul olduğunun izahını tapa bilmirəm. Lepsin İsrail turunun şokda olan təşkilatçısı bununla bağlı mənə müraciət edib.

O, bildirib ki, müğənnini müşayiət edəcək 17 musiqiçi və texniki işçi ölkəyə daxil olmaq üçün problemsiz şəkildə yazılı icazə alıb. Yeganə Lepsi İsrailə buraxmayıblar”,- deyə deputat yazır.

Onun sözlərinə görə, Lepsin İsraildəki konsertinə üç mindən çox bilet satılıb.

Xatırladaq ki, 2013-cü ildə ABŞ-da Lepsin ölkəyə girişinə qadağa qoymuşdu. ABŞ hakimiyyəti onu Şərqi-Avropa mafiyaları ilə əlaqələrdə və cinayətkarlar üçün külli miqdarda nağd pul daşımaqda şübhəli bilirdi.(oxu.az)

Oxundu 299