ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

İDMAN

Rəşad Sadıqov: Gəlmirlər, vallah gəlmirlər

16.05.2018 23:21

Maraqlı qarşılaşma alındı. Yaxşı, sürətli oyun getdi. Hər iki komanda kombinasiyalı oyuna üstünlük verdi. Çoxlu qol epizodları oldu. Düşündüyüm çox şey meydanda alınırdı. Xırda səhvlərdən qələbəni əldən verdik, hətta məğlub olduq. Məğlub olmaq istəməzdik. Məncə, uduzmağa layiq deyildik”. Bu sözləri U-20 millimizin baş məşqçisi Rəşad Sadıqov deyib.

Yoldaşlıq oyununda Gürcüstan yığması ilə qarşılaşan komandamız matçdan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Qarşılaşma başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandıran gənc çalışdırıcı matç haqqında fikirlərini bölüşüb.

- Komanda tez zamanda iki qol buraxdı...

- Bu, həmişə olur. Komanda bir qol buraxdıqdan sonra konsentrasiya itir. Futbolda belə şeylər tez-tez baş verir.

- Ən çox nədən narazı qaldız?

- Komanda yenidi. Ümumən razı qaldım. Narazı qaldığım məqam isə budu ki, beynəlxalq görüşlər ən xırda səhvləri belə bağışlamır.

- Bu gün limitsiz əvəzetmə var idi. Bu, kimin təşəbbüsü idi?

- Oyundan öncə bu barədə danışığımız oldu. Sonra belə ortaq qərara gəldik ki, əvəzetmə limitsiz olsun. Mən də çox oyunçuya şans verdim. Elə oyunçular meydana çıxdı ki, ilk dəfə millidə şans qazandılar. Birinci oyundu, səhvlər olması normaldı. Uduzmaq istəməzdik. Mənim də öz planlarım var idi.

- Ozancana niyə ikinci hissədə şans verdiz?

- Ozancanı tanıyıram. Buna görə, start heyətinə Kamran Əliyevi buraxdım.

- Bundan sonra planınız necədi? Bu oyunçulardan hansılar U-21-ə cəlb olunacaq?

- Ayın 27-nə kimi bir yerdə olacağıq. Bundan sonra qərar verəcəyik, kimlər U-21-də olacaq, kim klubuna qayıdacaq. Bu gündən sonra hamı klubuna qayıdacaq. Növbəti turda komandalarında olacaqlar. Daha sonra isə yenidən yığmaya gələcəklər.

- Rusiyaya səfərinizin səbəbi nə idi?

- Orda 2000, 1998, 1999-cu il təvəllüdlü futbolçular var. Onları izləmək istədim. Kamranın milliyə cəlb edilməsi barədə də söhbət oldu. Türkiyəyə də, Ukraynaya da gedəcəm. Orda olan futbolçularımızla da maraqlanacam. Elə oyunçular var ki, gəlmək istəmir, onlarla da danışacam.

- Bu gün kimin oyunundan daha çox razı qaldız?

- Ümumi götürsək, hamının oyunundan razı qaldım.

- “Qəbələ” ilə matçda oynayacaqsız?

- Bəli, həmin oyuna optimal heyətlə çıxacağıq.

- Riçard Almeydann komandadan ayrılması gündəmdədi. Bir kapitan kimi onun komandada qalması üçün danışa bilərsiz?

- Ona çox ciddi təkliflər var. Bir, iki komandadan deyil. Özü belə qərara gələ bilməyib. Müqavilə müddətinin sonuna kimi can-başla mübarizə apardı. Yeni təklif var deyə özünü zədədən qorumadı. Riçard mənim üçün dostdu. Onun oyununa baxanda həmşə həyəcanlanacam. Çox istərdim ki, bundan sonra da uğurlu olsun.

- “Qarabağ”da gedənlər çoxdu. Komandanı yenidən qurmaq çətin olmayacaq ki?

- Əlbəttə, çətin olacaq. Bir neçə il idi ki, komanda bir yerdə oynayırdı, komplektləşmişdi. Bizim üçün ən çətin transfer dönəmi olacaq. Yaxşı futbolçu tapmaq çətindi. Bizə deyirlər ki, niyə güclü futbolçu transfer etmirsiz? Gəlmirlər, vallah gəlmirlər. Baxırlar ki, çempionatda 8 komanda var. 4-5-i süni örtükdə oynayır azarkeş sayı azdı. Bizi rezerv kimi 2-ci, 3-cü planda saxlayırlar ki, digərləri alınmasa, bura gəlsinlər. (Apasport.az)

Oxundu 328