azerbaycanli-eks-musavirin-kurekeni-bele-gullelendi-video

Azərbaycanlı eks-müşavirin kürəkəni belə güllələndi - VİDEO

pasinyan-ilham-eliyevle-etibarli-operativ-rabite-qurmusam

Paşinyan: “İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam”

ilin-sonunadek-sehid-ailelerinin-50-faizine-yaxinina-birdefelik-odeme-verilecek-nazir

"İlin sonunadək şəhid ailələrinin 50 faizinə yaxınına​ birdəfəlik ödəmə veriləcək" - Nazir

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

GÜNDƏM

Politoloq: “Səməd Seyidov istefa verməlidir”

16.05.2018 21:01

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidovun AŞPA tərəfindən ona sanksiya tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara politoloq Elxan Şahinoğlu münasibət bildirib. Politoloq S.Seyidovun bugünkü mətbuat konfransında “Sanksiyaya baxmayaraq, Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək” sözlərini təqdir etdiyini deyib:

“Səməd Seyidov Strasburqda son çıxışında demişdi ki, bu qurum ona lazım deyil. Mən də elə həmin gün status paylaşdım ki, sizə lazım olmaya bilər, ancaq bu qurumda üzvlük Azərbaycana lazımdır, çünki meydanı Ermənistana boş buraxa bilmərik. Ona görə də S. Seyidovun “Azərbaycan AŞPA-nın strukturları ilə əməkdaşlığı davam etdirəcək” sözlərini təqdir edirəm. O Strasburqdakı açıqlamasını korrektə etdi. Görünür, hakimiyyətin yuxarı pilləsində onu başa salıblar ki, “Sən Azərbaycan deyilsən, dövlətin adından danışma!”

E.Şahinoğlu S.Seyidovun indi başqa addım atmalı olduğunu da sözlərinə əlavə edib: “O, yuxarıların qərarını gözləmədən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verməlidir. Əslində bunu elə bugünkü mətbuat konfransında elan etsəydi yaxşı olardı. Azərbaycan AŞPA-da Ermənistanla döyüşür, sanksiya altında olan Səməd Seyidov bu mübarizədə bizə zərər verə bilər”.

Oxundu 932