azerbaycanda-memurlar-sahibkarlardan-daha-cox-qazanirlar-resmi

Azərbaycanda məmurlar sahibkarlardan daha çox qazanırlar - RƏSMİ

emek-haqqi-ve-gelir-vergisi-hansi-olkede-ne-qederdi-cedvel

Əmək haqqı və gəlir vergisi: Hansı ölkədə nə qədərdi? - CƏDVƏL

mtn-in-vezifeli-sexsleri-vaxtindan-evvel-azadliga-buraxilmayib-resmi

MTN-in vəzifəli şəxsləri vaxtından əvvəl azadlığa buraxılmayıb - RƏSMİ

bazar, 21 oktyabr 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Alpinistlərin meyiti müayinə olunmaq üçün helikopterlə Bakıya göndəriləcək

16.05.2018 20:10

Quba rayonunda itkin düşmüş alpinistlərin meyiti helikopterlə Bakıya göndəriləcək. Onların meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil veriləcək.

Qeyd edək ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb. (report)

Oxundu 386