Qubada itkin düşmüş alpinistlərdən üçünün də meyiti tapılıb

Qubada itkin düşmüş alpinistlərin meyiti tapılıb. Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq 3 nəfərin meyiti aşkar edilib.

Məlumat üçün bildirək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

DİGƏR XƏBƏRLƏR

Top