sedaqet-qehremanova-dogulmamis-qiz-usaqlarina-qarsi-cinayet-toredilir

Sədaqət Qəhrəmanova: Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir

the-new-york-times-seudiyyeli-jurnalistin-oldurulmesinde-gunahi-bu-sexsin-uzerine-atacaqlar-video

“The New York Times”​: Səudiyyəli jurnalistin öldürülməsində günahı bu şəxsin üzərinə atacaqlar - VİDEO

qarabagin-qapicisi-masinla-adam-vurdu

“Qarabağ”ın qapıçısı maşınla adam vurdu

şənbə, 20 oktyabr 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

"Burada yaşayanların hamısı kasıblardır" - VİDEO

16.05.2018 17:47

Sabunçu rayonunun Ramana qəsəbəsi, 9-cu Mədən ərazisində - neft buruqları arasında ev tikib yaşayan ailələrin vəziyyəti sözün həqiqi mənasında acınacaqlıdır. Yeniavaz.com xəbər verir ki, ərazidə 90-cı illərdən bəri yüzlərlə ailə ev tikib, sonradan məskunlaşanlar da az deyil.

Saytımıza müraciət edən sakinlər bildiriblər ki, əraziyə marşrut xətti işləmir, zibillər daşınmır, üstəlik, neft tullantıları ilə çirklənmiş yerlərdən ətrafa üfunət iyi yayılır: "Burada yaşayanların hamısı kasıblardır. Bir nəfər də varlının burada ev tikdiyini görə bilməzsiniz. İmkanı olan hansı adam öz balasının belə yerdə yaşamasına razı olar? Biz sanki unudulmuş insanlarıq. Öz cibimizin pulu ilə yol çəkdiririk, neft idarəsinin maşınları dağıdır. Müraciətlərimizin heç bir nəticəsi yoxdur".

9-cu Mədən ərazisində yaşayanlar deyiblər ki, uşaqları məktəbə gedərkən neftlə çirklənmiş yerlərə düşür, bəzilərinə sahibsiz itlər hücum edir, qışda palçıqdan, yayda tozdan burada yerimək olmur: "Xahiş edirik, bizə bir gün ağlasınlar, şərait yaratsınlar. Nə imkanımız yoxdur ki, köçüb başqa yerə gedək, nə də düz-əməlli şərait yaratmırlar".

Sakinlərin qeyd ediblər ki, burada ev tikənlər, gecəqonduda yaşayanlar arasında məcburi köçkünlər də var, Bakıda doğulub boya-başa çatanlar da, rayonlardan gələnlər də.

Qəribədir ki, çəkiliş apararkən danışdırdığımız insanların heç biri buradakı vəziyyətin düzələcəyinə ümid etmədiklərini bildirirdilər. Bu da səbəbsiz deyil - bu günədək onların heç bir şikayətinə müsbət reaksiya verilməyib...

ramana

Oxundu 665