Fələstin bu ölkələrdən səfirlərini geri çağırdı

Fələstin məsləhətləşmələr üçün Rumıniya, Çexiya, Macarıstan və Avstriyadan olan səfirlərini geri çağırmağa qərar verib. "RİA Novosti" xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyindən bu qərarı ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimində bu ölkələrin diplomatik nümayəndələrinin iştirakı ilə bağlı olduğu qeyd olunub.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Açılış mərasimində bir sıra səfirliklərin nümayəndələri də iştirak edib. Başverənlərdən narazı olan fələstinlilər isə Qəzza sektorunda İsraillə sərhəddə genişmiqyaslı etiraz aksiyası keçiriblər. İsrail ordusuyla toqquşmalar nəticəsində 60-dan çox fələstinli öldürülüb, 3 mindən çoxu isə yaralanıb.(Report)

DİGƏR XƏBƏRLƏR

Top