Papa Yaxın Şərqdəki vəziyyətlə bağlı: Zorakılıq heç vaxt sülh gətirmir

Roma Papası I Fransisk Fələstin və İsrail arasında gərginliklə bağlı narahatlığını bildirib. Vatikanda keçirilən mərasim zamanı çıxış edən Roma Papası tərəfləri sülh və əmin-amanlıq naminə dialoqa çağırıb. I Fransisk bildirib ki, zorakılıq nəticəsində həlak olanlar və onların yaxınları üçün dualarını davam etdirir: "Zorakılıq heç vaxt sülhə gətirib çıxarmır. Müharibə müharibəni, zorakılıq zorakılığı cəlb edib. Mən bütün tərəfləri öz öhdəliklərini yerinə yetirməyə çağırıram ki, ədalət və sülh qələbə çalsın".(Trend)

DİGƏR XƏBƏRLƏR

Top