“Erməni soyqırımı” İsrail parlamentinin gündəlyində

İsrailli deputat İtsik Şmuli qondarma ”erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsini baxılması üçün İsrail parlamentinə təqdim edib. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, deputat qeyd edib ki, Knessetin “erməni soyqırımı”nı tanınmasının vaxtı çatıb. “Likud” partiyasının deputatı Əmir Oxana da analoji qanun layihəsini təqdim etməyə hazırlaşıb. Qeyd edək ki, qanun layihəsi Türkiyə-İsrail münasibətlərinin kəskinləşməsi fonunda təqdim edlib. İsrail Türkiyənin Qüdsdəki konsulunu, Ankara isə bunadək İsrail səfirini ölkədən çıxarıb. Münasibətlərin gərginləşməsinə səbəbi Qəzza zolağında İsrail hərbçilərini xeyli sayda fələstinlini öldürməsidir.

DİGƏR XƏBƏRLƏR

Top