ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

İNCƏ SƏNƏT

Alim Qasımov və Fərqanə Qasımova Gəncə Dövlət Filarmoniyasının səhnəsində

16.05.2018 14:59


Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının böyük səhnəsindən növbəti dəfə muğam sədaları yüksəlib. Yeniavaz.com xəbər verir ki, bu dəfə Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımova Gəncədə möhtəşəm konsert proqramı ilə çıxış ediblər. Konsert proqramında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ictimayyət nümayəndələri və muğamsevərlər iştirak ediblər. Alim və Fərqanə Qasımovlar ifa etdikləri muğam parçaları, təsnif, segah və rənglər ilə konsert proqramını əsl musiqi ziyafətinə çeviriblər. Xanəndələrin səsləndirdikləri xalq və bəstəkar mahnıları alqışlarla müşayət olunub.

Qeyd edək ki, bu Qasımovların Gəncə tamaşaçıları qarşısında ilk çıxışları olmasa da Gəncə Dövlət Filarmoniyasının böyük səhnəsində ilk konsertləridir.
Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımova Gəncədən əvvəl Çinin paytaxtı Pekində və Türkiyənin paytaxtı Ankarada konsert proqramı ilə çıxış ediblər. Vüqar Nəbiyev, Gəncə

Oxundu 653