cnn-15-nefer-musiqiye-qulaq-asaraq-qasiqcinin-cesedini-parcalayib

CNN: 15 nəfər musiqiyə qulaq asaraq Qaşıqçının cəsədini parçalayıb

badamdarda-catlar-derinlesir-11-villanin-sahibine-kocmek-ucun-vaxt-verildi

Badamdarda çatlar dərinləşir: 11 villanın sahibinə köçmək üçün vaxt verildi

dovlet-neft-fondu-gelir-ve-xercleri-aciqlandi

Dövlət Neft Fondu gəlir və xərcləri AÇIQLANDI

çərşənbə, 17 oktyabr 2018
RU EN TR
EN TR RU

İDMAN

İngiltərədə mövsümün ən yaxşı baş məşqçiləri bilindi

16.05.2018 14:56


Futbol üzrə İngiltərə Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib. Bu ada “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiola layiq görülüb.

47 yaşlı ispaniyalı mütəxəssis sorğuda digər beş namizədi – Yürqen Klop (“Liverpul”), Şon Dayç (“Börnli”), Nunu Eşpiritu (“Vulverhempton”), Nil Uornok (“Kardif”) və Con Koulmanı (“Akriqton Stenli”) qabaqlayıb.

Qeyd edək ki, Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” Premyer Liqa tarixində ilk dəfə 100 xal toplayaraq çempion olub. “Şəhərlilər” ən yaxın izləyiciləri “Mançester Yunayted”i 19 xal qabaqlayıblar. Onlar Liqa Kubokunu əldə ediblər.

Liqa Baş Məşqçiləri Assosiasiyası (League Managers Association) Nil Uornoka Uels klubu “Kardif”i İngiltərə Premyer Liqasına yüksəltdiyi üçün xüsusi nailiyyət mükafatı ilə təltif olunub.

Portuqaliyalı Nunu Eşpiritu “Vulverhempton”u Çempionşip qalibi etdiyi üçün İngiltərə I divizionunda, Pol Hörst (“Şrusberi”) II divizionda, Con Koulman III divizionda ilin məşqçiləri elan ediliblər.

Qadınların Super Liqasında isə “Çelsi”ni çempion etmiş Ema Heys və I divizionda Li Börç (“Miluol Layenesis”) ilin qalibi olublar.(Oxu.az)

Oxundu 303