bakida-en-tehlukeli-surusme-erazileri

Bakıda ən təhlükəli sürüşmə ƏRAZİLƏRİ

abs-jurnalistin-qetlinde-sahzade-mehemmedden-subhelenir

ABŞ jurnalistin qətlində şahzadə Məhəmməddən şübhələnir

azerbaycanda-psixi-xestelerin-sayi-artib-statistika

Azərbaycanda psixi xəstələrin sayı ARTIB - STATİSTİKA

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

İDMAN

Futbolçular kubokun finalına çıxmaq istəmirlər

16.05.2018 14:51

“Sportinq”in bir qrup azarkeşinin komandanın məşqi zamanı bazaya gələrək, futbolçulara hücum etməsi, onlara xəsarət yetirməsi barədə məlumat vermişdik. Fanatlar komandanın Çempionlar Liqasından kənarda qalmasına görə futbolçuları “özünəməxsus” şəkildə cəzalandırmaq fikrinə gəliblər. Artıq bu hücumun fəsadları özünü göstərməkdədi. Portuqaliya mətbuatında yer alan məlumata görə, hadisədən dərhal sonra bir neçə futbolçu menecerləri ilə əlaqə saxlayaraq, klubla müqaviləyə təktərəfli qaydada xitam verilməsinin mümkün olub-olmaması ilə maraqlanıb. Xəbərdə həmçinin, klubun futbolçuların təhlükəsizliyinə cavabdeh olduğu, bunun öhdəsindən gələ bilmədikdə isə oyunçuların təktərəfli qaydada müqaviləni ləğv etmək hüququnun olduğu qeyd edilib.

“Sportinq”in əsas üzvlərindən Bruno Fernandes hadisədən dərhal sonra komanda yoldaşlarına “artıq bitdi, hamıya əlvida” deyərək, sağollaşıb.

Komanda daxilində ab-hava çox pisdi. Belə ki, futbolçuların “Aveş”lə ölkə kubokunun finalına çıxmaq istəmədikləri deyilir.(Qafqazinfo)

Oxundu 261