"Universitetə 500 balla girənlər var ki dərs oxumurlar"

Emin “Xalq artisti” adını almasını belə qeyd etdi - VİDEO

Azərbaycanın ən gülməli oğrusu azadlığa çıxıb - VİDEO

Bazar ertəsi, 28 may 2018
TR EN RU

Menu

Bazar ertəsi, 28 may 2018
EN TR RU

GÜNDƏM

Səməd Seyidovla bağlı sanksiya qəbul edildi

16.05.2018 14:30

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qərar qəbul edib. Sanksiya Səməd Seyidovdan başqa Sezar Florina Predaya, Pedro Aqramunta və Cordi Xuclıya da toxunub.

Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Aryevin sosial şəbəkədə bildirib ki, bu qərar AŞPA-dakı ölkələrin nümayəndəliklərinə şamil edilmir.

Sanksiyalar Pedro Aqramunta müşahidə missiyalarında iştirak etməyi və 10 il ərzində məruzəçi vəzifəsini tutmağı qadağan edir. Analoji qadağa Seyidov, Preda və Xuclı barəsində 2 il müddətinə tətbiq olunacaq.

Onu da qeyd edək ki, Komitənin qərarı son hədd deyil və mayın 16-da rəsmi informasiyanın yayılacağı gözlənilir.(Virtualaz.org)

Oxundu 1426