sedaqet-qehremanova-dogulmamis-qiz-usaqlarina-qarsi-cinayet-toredilir

Sədaqət Qəhrəmanova: Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir

the-new-york-times-seudiyyeli-jurnalistin-oldurulmesinde-gunahi-bu-sexsin-uzerine-atacaqlar-video

“The New York Times”​: Səudiyyəli jurnalistin öldürülməsində günahı bu şəxsin üzərinə atacaqlar - VİDEO

qarabagin-qapicisi-masinla-adam-vurdu

“Qarabağ”ın qapıçısı maşınla adam vurdu

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

HADİSƏ

Bakı-Quba magistral avtomobil yolunda 12 ədəd qoz ağacı kəsilib

16.05.2018 11:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə reyd keçirilib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Bakı-Quba magistral avtomobil yolunun Vladimirovka kəndi ərazisindən keçən hissəsində yaş köküstə 24-50 sm diametrliyində 12 ədəd qoz ağacının kəsildiyi aşkar edilib və təbiətə 5500 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib edilib. Ağacları kəsən şəxsin müəyyənləşdirilməsi üçün Quba rayon Polis Şöbəsinə məktub göndərilib.(Report)

Oxundu 263