azerbaycanli-eks-musavirin-kurekeni-bele-gullelendi-video

Azərbaycanlı eks-müşavirin kürəkəni belə güllələndi - VİDEO

pasinyan-ilham-eliyevle-etibarli-operativ-rabite-qurmusam

Paşinyan: “İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam”

ilin-sonunadek-sehid-ailelerinin-50-faizine-yaxinina-birdefelik-odeme-verilecek-nazir

"İlin sonunadək şəhid ailələrinin 50 faizinə yaxınına​ birdəfəlik ödəmə veriləcək" - Nazir

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

HADİSƏ

“Veysəloğlu”nun işçisinə hücum edənlərdən biri də tutuldu

16.05.2018 10:36

Mingəçevirdə şirkət işçisinə hücum edərək 70 min manat pulu aparan dəstənin daha bir üzvü saxlanılıb. Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70.000 manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov da saxlanılıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, aprelin 30-da DİN-in “102 Zəng Mərkəzi Xidməti”nə müraciət edən Mingəçevir şəhərində şirkətlərin birində işləyən Elçin Abdullayev tanımadığı 2 nəfərin onu vuraraq içərisində şirkətə məxsus pul olan çantasını aldıqlarını bildirib.

Dərhal Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla məlum olub ki, saat 7 radələrində 2 nəfər şəhər ərazisindəki MMC-lərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70.000 manat olan çantanı əlindən alaraq aradan çıxıblar.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər müəyyən ediliblər.

Polis əməkdaşları tərəfindən saxlanılan basqınçılardan biri – şəhər sakini Kənan Vəliyevin yaşadığı evdən 16 min manata yaxın pul, 1 ədəd beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

Xatırladaq ki, hücuma məruz qalan Elçin Abdullayev “Veysəloğlu” Şirkətlər Qrupunun Mingəçevir filialında çalışır.(Report)

Oxundu 423