hekimler-korpenin-gozunden-11-parazit-cixardilar-foto

Həkimlər körpənin gözündən 11 parazit çıxardılar - FOTO

turkiyedeki-ermeni-kilselerinin-sayi-ermenistandaki-kilselerinin-sayindan-coxdur-siyahi

Türkiyədəki erməni kilsələrinin sayı Ermənistanda kilsələrinin sayından çoxdur - SİYAHI

azerbaycanda-memurlar-sahibkarlardan-daha-cox-qazanirlar-resmi

Azərbaycanda məmurlar sahibkarlardan daha çox qazanırlar - RƏSMİ

bazar, 21 oktyabr 2018
RU EN TR
EN TR RU

HADİSƏ

Bərdədə sərnişin qatarı ilə traktor toqquşub

16.05.2018 01:40

Bərdədə sərnişin qatarı ilə traktor toqquşub.

"Report"un Qarabağ burosunun verdiyi məlumata görə, hadisə Bakı-Xankəndi dəmiryol xəttinin rayonun Həsənqaya kəndində qeydə alınıb.

Qəza qatarın gəliş vaxtı zamanı traktorun qoşqusu ilə birlikdə dəmir yolu xəttini keçdiyi zaman baş verib. Nəticədə sərnişin qatarı yolun mühafizə olunmayan hissəsindəki keçiddə "Belarus" markalı traktorla toqquşub.

Hadisə zamanı traktorun sürücüsü hər iki ayağını itirib. Qeyd edək ki, sürücünün şəxsiyyəti hələlik məlum deyil. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Sərnişinlər arasında xəsarət alanın olub-olmadığı məlum deyil. Hazırda qatar təhlükəsiz əraziyə çəkilib və onun yoluna davam etməsi üçün yeni elektrovozun ayrılacağı gözlənilir.

Oxundu 819