Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

Rəsulzadənin baxımsız qalan, uçub dağılan büstü - VİDEO

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

İDMAN

Azarkeşlər "Sportinq"in futbolçularına xəsarət yetiriblər FOTO

16.05.2018 01:07

Portuqaliya "Sportinq"inin 50-dək azarkeşi klubun məşq bazasında komandanın futbolçularına və məşqçilər heyətinə hücum edib.

Kapyuşonda (paltarların yaxasına tikilən papaq-red) olan fanatlar bazanın ərazisinə soxulduqdan sonra futbolçuları təhqir etməyə və aqressivlik nümayiş etdirməyə başlayıblar. Hadisə zamanı daha çox hollandiyalı hücumçu Bas Dost zərər çəkib. Onun başına bir neçə xəsarət yetirilib. Eyni zamanda, Rodriqo Battalya, Markos Akunya, Ruy Patrisiu, Vilyam Karvalyu, Yosip Mişiç və baş məşqçi Jorje Jezuş da xəsarət alıb.

Klubun və Portuqaliya Futbol Federasiyasının rəhbərliyi baş verənləri pisləyərək, günahkarların tapılmasını istəyib.

Qeyd edək ki, "Sportinq" ölkə çempionatının son turundan əvvəl Çempionlar Liqasına vəsiqə verən 2-ci yer uğrunda "Benfika" ilə mübarizə aparıb. Axırıncı turda "Benfika" qələbə qazandığı halda, "Sportinq" "Maritimu"ya uduzub - 1:2.

(Report)

Oxundu 193