ilin-sonunadek-sehid-ailelerinin-50-faizine-yaxinina-birdefelik-odeme-verilecek-nazir

"İlin sonunadək şəhid ailələrinin 50 faizinə yaxınına​ birdəfəlik ödəmə veriləcək" - Nazir

moskvada-azerbaycanlilarin-mescidi-baglandi-foto-video-ekskluziv

Moskvada azərbaycanlıların məscidi bağlandı - FOTO - VİDEO - EKSKLÜZİV

azersigorta-sehid-ailelerinin-birdefelik-odenisle-bagli-naraziligina-cavab-verdi

“Azərsığorta” şəhid ailələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

HADİSƏ

Bakıda POLİS AİLƏSİNDƏ faciə: Atasını və qardaşını itirən polisin ürəyi partladı

15.05.2018 18:39

Bu gün səhər saatlarında DYP-nin Qaradağ stasionar postunun əməkdaşı, 1968-ci il təvəllüdlü polis serjantı Əşrəf Ağagül oğlu Orucov qəfil ürəktutmasından dünyasını dəyişib.

İşdən çıxıb yaşadığı Xırdalan qəsəbəsinə çatan Ə.Orucovun ürəyində qəfil ağrı baş qaldırdığı üçün yaxınlıqdakı aptekdən dərman almaq istəsə də, elə obyektin qarşısında dünyasını dəyişib.

Qeyd edək ki, 3 ay əvvəl mərhumun atası və qardaşı eyni gündə dünyasını dəyişib. Belə ki, bu il fevral ayının 20-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmiş atasına aptekdən dərman alaraq yolu keçmək istəyən Biləsuvar rayon sakini Tarıqulu Orucovu maşın vuraraq öldürüb. Xəstəxanada oğlunun ölüm xəbərini eşidən ata da bu acı xəbərdən dünyasını dəyişib.

Əşrəf Orucov bu gün anadan olduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq.

(virtualaz.org)

Oxundu 365