Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

Rəsulzadənin baxımsız qalan, uçub dağılan büstü - VİDEO

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

HADİSƏ

Biləsuvarda şagirdin məktəbdə ölüm səbəbi bilindi

15.05.2018 20:29

Biləsuvarda məktəblinin ölüm səbəbi məlum olub. 2006-cı il təvəllüdlü Əlyar Hüseynlinin məktəbdə (qıcolma) dili qatlanıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

***

Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib.

Hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb.

Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib.

Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə verilib.

Faktla bağlı araşdırma aparılır.

(APA)

Oxundu 357