Azərbaycandan Türkiyəyə çoban transferi

Türkiyənin Rizə vilayətinin Çamlıhemşin rayonunda 450 kiçik baş heyvan sürüsünün sahibi aylıq maaşı 2 min türk lirəsi (təqrobən 1000 manat) olan çoban axtardığını elan edib.

Yeniavaz.com-un Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, lakin sürüyü yay aylarında yaylalarda otladan çoban vəzifəsinə namizəd tapılmayıb.

Bunu görən sürü sahibi tanışı vasitəsilə azərbaycanlı Qədir Niftəliyevə çobanlıq təklifi verir.

Türkiyəyə gələn Q. Niftəliyev onun təklifini qəbul edərək çobanlığa başlayıb.

Gənc azərbaycanlı gün boyu otlatdığı heyvanları gecə bir sahədə tolayır, özü isə daxmada qalır.

Çoban köpəklərinin müşayiəti ilə Q. Niftəliyev heyvanlara yaxından qayğı göstərir, yeriməkdə çətinlik çəkən balaları belində daşıyır.

Ölkəsində də ailəsi birlikdə çobanlıq edən Q. Niftəliyev bu iş sevdiyini bildirib.

O deyib: “Türkiyədə çobanlıq işi olduğunu öyrənəndə bura gəldim. Ayda 2 min lirə alıram. Gündə 3 dəfə yemək yeyirəm. Rizənin yaylalalrı çox gözəldir. Heyvanlar səhərlər yaylalarda otlayır, axşam isə bir yerə yığışır. Mən onlara sahib çıxıram. Daxmada qalıram. Gecə hava soyuyanda ocaq qalayıram. Çayımı dəmləyib içirəm”.

DİGƏR XƏBƏRLƏR

Top