turkiyedeki-ermeni-kilselerinin-sayi-ermenistandaki-kilselerinin-sayindan-coxdur-siyahi

Türkiyədəki erməni kilsələrinin sayı Ermənistanda kilsələrinin sayından çoxdur - SİYAHI

azerbaycanda-memurlar-sahibkarlardan-daha-cox-qazanirlar-resmi

Azərbaycanda məmurlar sahibkarlardan daha çox qazanırlar - RƏSMİ

emek-haqqi-ve-gelir-vergisi-hansi-olkede-ne-qederdi-cedvel

Əmək haqqı və gəlir vergisi: Hansı ölkədə nə qədərdi? - CƏDVƏL

bazar, 21 oktyabr 2018
RU EN TR
EN TR RU

İDMAN

Daha bir ağırlıqqaldıranımız dopinqdə “ilişdi”

15.05.2018 09:36

Azərbaycan millisinin daha bir ağırlıqqaldıranda dopinq aşkarlanıb.

Bu dəfə 19 yaşlı İsa Rüstəmovun orqanizmində istifadəsi qadağan olunan preparat aşkarlanıb.

Belə ki, həmyerlimizdən götürülən dopinq-test müsbət nəticə verib. 69 kq çəki dərəcəsində mübarizə aparan Rüstəmovun boldenone preparatından istifadə etdiyi məlum olub. Bu səbəbdən də Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ağırlıqqaldıranımızı 4 illik diskvalifikasiya edib. İdmançının cəza müddəti 2017-ci il noyabrın 24-dən başlayıb və 2021-ci ilin eyni günündə başa çatacaq.

Qeyd edək ki, Rüstəmov ötən ildən gənclər yığmamızın şərəfini qoruyur. O, 2017-ci ilin iyununda dünya və oktyabrında Avropa birinciliyinə qatılıb. İsanın ən yaxşı nəticəsi Albaniyada baş tutan qitə çempionatında qeydə alınıb. O, 6-cı yeri tutub. (Apasport.az)

Oxundu 195