Hacıqabulda polis şöbəsində intihara cəhd

Hacıqabulda müvəqqəti saxlama təcridxanasında 31 yaşlı məhbus özünü asaraq intihara cəhd edib.

Hacıqabul rayon sakini, 1987-ci il təvəllüdlü Bağırov Eyvaz Müzəffər oğlu özünü asaraq intihara cəhd edib.

Bundan xəbər tutan təcridxanada xidmətdə olan polis əməkdaşları onu xilas etməyə müvəffəq olublar. Xilas olunan məhbus ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.(apa)

DİGƏR XƏBƏRLƏR

Top