Mingəçevirdə şirkətə məxsus 70000 manatı oğurlayan şəxs tutulub

Mingəçevir şəhər polis şöbəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı 70000 manatı oğurlayan Vəliyev Kənan Yusif oğlu tutularaq istintaqa təhvil verilib. Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Tahir Şirinov Yeniavaz.com-a bildirib ki, şirkətlərin birində hasilatçı işləyən Mingəçevir şəhər sakini Elçin Abdullayev bu il aprelin 30-da Mingəçevir polis şöbəsinə ərizə ilə müraciət edərək saat 7 radələrində 2 nəfərin evinin girişində fənərə oxşar alətlə onu vuraraq şirkətə məxsus içərisində 70000 manat olan çantanı əlindən alaraq aradan çıxdıqlarını bildirib. Hal-hazırda cinayət işi açılıb istintaq davam etdirilir.


Cinayətkar Kənan Vəliyev törətdiyi əməldən peşiman olduğunu vurğulayaraq deyib ki, pulu oğurlayandan sonra çox peşman olub: “Çox peşman olmuşam , mənim üçün bu barədə danışmaq çox çətindir.Mən bir fürsət axtarırdım ki,pulu qaytarım.Elçini tanımırdım.Amma bilirdim ki,o hər gün əlində pul çantası ilə evlərinə gəlir”. Esmira Hidayətova,Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top