Sumqayıtda 2 abituriyent qəbul imtahanından sonra intihar edib - YENİLƏNİB

Sumqayıt şəhərində bir gündə iki abituriyent imtahandan sonra intihar edib.

İkinci analoji hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli binada baş verib.

Belə ki, adı Faiq olduğu deyilən, 17 yaşlı gənc 14 mərtəbəli binanın damına çıxaraq özünü oradan atıb. Onun meyiti "morq"a təhvil verilib.

***09:15

Sumqayıt şəhərinin 9-cu mikrorayonunda intihar hadisəsi baş verib.

2001-ci il təvəllüdlü yerli sakin Pənah Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından özünü yerə atıb.

Onun universitetə qəbul olunmaq üçün verdiyi imtahanın aşağı nəticədə olmasına görə intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top