Siqareti tərgitməyin effektiv yolu

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

İDMAN

"Yuventus" tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu olub

14.05.2018 00:37

"Yuventus" klubu tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu adını qazanıb.

Turin komandası buna A Seriyasının sonuna bir tur qalmış nail olub.

XXVII turda səfərdə "Roma" ilə qolsuz heç-heçə edən "Qoca Sinyora" xallarını 92-yə çatdırıb. Meydan sahibləri 68-ci dəqiqədə Raca Nainqqolanın qırmızı vərəqə alması səbəbindən görüşü azlıqda başa vurublar.

"Yuventus"un ən yaxın izləyicisi "Napoli" səfərdə "Sampdoriya"nı 72-ci dəqiqədə Arkadiuş Milik və 81-ci dəqiqədə Raul Albiolun qolları sayəsində 2:0 hesabı ilə yenib. Bu qələbədən sonra Neapol komandası xallarını 88-ə çatdırsa da, liderdən 4 xal geri düşüb. Nəticədə "ağ-qaralar" son turun nəticəsindən asılı olmayaraq, ardıcıl 7-ci dəfə A Seriyasının qalibi adını qazanıblar. Xallarını 74-ə çatdıran "Roma" isə bürünc medal qazanma şanslarını son tura saxlayıb. (Report)

Oxundu 150