Siqareti tərgitməyin effektiv yolu

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

İDMAN

"Qarabağ”ı tərk edən ilk futbolçunun adı məlum olub

13.05.2018 15:30

"Qarabağ” komandasını tərk edən ilk futbolçunun adı məlum olub.

Yeniavaz.com klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarəyə götürülmüş Pedro Enrike ilə yollarını ayırıb.

İcarə müddəti başa çatmış braziliyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalanmayıb.

Ağdam klubu 28 yaşlı oyunçuya göstərdiyi xidmətlərə görə təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.

Pedro Enrike "Qarabağ"ın heyətində 26 matçda 6 qola imza atıb. O, Azərbaycan təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifi olub. "Sambaçı" 2017-ci il sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçirilmiş görüşdə İtaliya "Roma"sını məyus edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxundu 162