İsrail parlamenti qondarma "erməni soyqırımı"nı müzakirəyə çıxaracaq

Müdafiə Nazirliyindən tək oğlan övladının cəbhəyə göndərilməsinə - MÜNASİBƏT

Sosial şəbəkələrdə məşhurlaşan müəllim polisə çağırıldı - AÇIQLAMA

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

HADİSƏ

Zaqatalada evlər sel suları altında qaldı - Video

12.05.2018 17:19

Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür, aramsız yağış yağır, havanın temperaturu 13 dərəcə aşağı düşüb. “ARB Şəki” xəbər verir ki, İsmayıllıdan sonra Zaqatalada da güclü yağışlar selə səbəb olub, bir sıra fəsadlar törədib.

Tala çayında suyun səviyyəsinin qalxması nəticəsində Yolayrıc, Höytala, Böhtala kəndlərində həyatyanı sahələri su basıb. Böhtala və Höytala kəndlərini birləşdirən, ötən əsrin 80-cı illərində inşa edilən dəmir konstruksiyalı körpünün bir hissəsi uçub.

Kənd sakinlərinin sözlərinə görə, 50-dən çox evi su basıb. Qoyun, toyuq hamısı məhv olub.

Külək və yağış nəticəsində ağac budaqları və elektrik naqilləri də qırılıb. Axşam saatlarına yaxın Zaqatala Paylayıcı Elektrik şəbəkəsində yüksək gərginlikli yağ açarını ildırım vurub. Nəticədə rayon mərkəzinə və ətraf kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Gecə saatlarından başlayaraq Zaqatala rayon FHN Komissiyasının üzvləri və Müvafiq qurumlar gücləndirilmiş iş rejimində leysan yağışlarının və sel sularının fəsadlarının aradan qaldırılması istiqamətində iş aparır.

Oxundu 574