Mingəçevirdə küçələrdən "çay axır"

Bir neçə gündür ki, Mingəçevirin Nizami 7, Nizami 8 küçəsindəki su borularının partlaması nəticəsində sanki küçələrdən "çay axır". Bina sakinləri aidiyyatı quruma bir neçə dəfə xəbərdarlıq ediblər. Lakin edilən xəbərdarlığa baxmayaraq problem öz həllini tapmayıb. Mingəçevirdə əhali suyun qiymətini 45 qəpikdən ödəyir. Amma su-kanal idarəsi təmiz suyu küçələrə axıdır.Hal-hazırda həmin ünvandakı küçələrdən keçmək mümkün deyil.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top