Qədim insanın dişində ölümcül virus aşkarlandı

Kopenhaqen universitetinin Eske Villerslevin başçılıq etdiyi tədqiqat qrupu 4500 il əvvəl yaşamış insanın DNT-də “Hepatit B” virusunun izlərini aşkarlayıb.

Bu barədə məqalə “Science Alert” jurnalında dərc olunub.

Məlumata görə, bu qeyd olunan virusunun eramızdan əvvəl mövcudluğuna dair ən qədim sübutdur.

Mütəxəssislər 2000-7000 il əvvəl yaşamış köçəri xalqlardan olan 137 insanın diş və gicgah sümüyündən DNT nümunələri götürüb.

İyirmi insanın qalıqlarında “Hepatit B” virusunun genomuna xas olan nuklein turşuların fraqmentləri ortaya çıxıb. Onlardan ən qədimi 4500 il əvvəl yaşayıb.

Buna qədər “Hepatit B” virusunun ən qədim izləri orta əsrlərə (450 il əvvəl) gedib çıxırdı.

Araşdırma nəticələri göstərib ki, bu infeksiya bir neçə min il ərzində Avrasiyada kifayət qədər geniş yayılıb.

Qeyd edək ki, “Hepatit B” dünyada hər ilə 786 min nəfərin həyatına son qoyur.

DİGƏR XƏBƏRLƏR

Top