"Universitetə 500 balla girənlər var ki dərs oxumurlar"

Emin “Xalq artisti” adını almasını belə qeyd etdi - VİDEO

Azərbaycanın ən gülməli oğrusu azadlığa çıxıb - VİDEO

Bazar ertəsi, 28 may 2018
TR EN RU

Menu

Bazar ertəsi, 28 may 2018
EN TR RU

AİLƏ-SAĞLAMLIQ

Qaraciyər niyə böyüyür? Türkiyəli professordan faydalı məsləhətlər...

09.05.2018 23:19

Tibb dünyasında “hepatomeqaliya” olaraq adlandırılan qaraciyər böyüməsi müxtəlif səbəblərdən ortaya çıxan bir xəstəlikdir. Qaraciyər böyüməsinə körpələrdə və uşaqlarda da rast gəlmək mümkündür. Qaraciyər böyüməsinin dəqiq müalicə edilməsi lazımdır. Əks təqdirdə ciddi fəsadlara yol aça bilir.

Qaraciyər böyüməsinə səbəb olan amillər:

. Davamlı olaraq spirtli içkilər qəbul etmək
. Qaraciyər yağlanması
. Hepatit C
. Glikojen anbar xəstəlikləri (əzələ həcmi)
. Ürək çatışmazlığı
. Xroniki ürək çatmazlığı
. Qaraciyər xərçəngi
. Mədə bulantısı
. Qarında şişmə (Assit)
. Diş ətində qanama
. Tez yorulmalar

İlk mərhələlərdə hepatomeqaliya özünü heç bir simptomla büruzə verməyə bilər. Qaraciyərin ağrı reseptorları yoxdur. Lakin qaraciyərin üzərində olan kapsul (pərdə) dartınmır və bu kapsulda çoxlu ağrı reseptorları var. Böyümüş qaraciyər kapsula təzyiq etdikdə insanda sağ qabırğa altı nahiyəsində diskomfort, ağırlıq hissi yaranır. Daha sonra isə bu nahiyədə ağrı hiss olunmağa başlayır və qaraciyər çatışmazlığı simptomları inkişaf edir.

Qaraciyər genişlənməsinin müalicəsini müəyyən etmək üçün xəstəliyin diaqnozu əvvəlcə tomoqrafiya və rentgen ilə aparılmalıdır. Bu prosesdə spirt içkilər və yağlı qidaların istifadəsini dayandırmaq mütləqdir.

Türkiyəli professor doktor İbrahim Saraçoğlu qaraciyər böyüməsinin qarşısını gündəlik məişətdə istifadə olunan cəfəri ilə sağaltmaq mümkün olduğunu deyir.

15 ədəd cəfərini çox xırda şəkildə doğrayıb üzərinə yarım ədəd limon sıxıb daha sonra yarım stəkan su əlavə etmək lazımdır. Hazırlanan bu qarışımı səhərlər ac qarına içmək lazımdır. Təsirini görə bilmək üçün bunu davamlı olaraq 15 gün boyunca hər gün səhər içmək lazımdır. (Musavat.com)

Oxundu 192