Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub - YENİLƏNİB

Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib

Mingəçevirdə aptekdə dondurma satılır? - FOTO

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

AİLƏ-SAĞLAMLIQ

Arıq olmağın gözlənilməz təhlükəsi AŞKARLANDI

09.05.2018 19:18

Az çəki demensiya riskini artırır. Boston Universitetinin tibb məktəbinin alimləri belə bir nəticəyə gəlib.

Bu barədə elmi məqalə “Journal of Alzheimer’s Disease” jurnalında dərc olunub.

Alimlər bunun üçün ürəyin Freminqem müayinəsinin nəticələrini təhlil edib. Mütəxəssislər xüsusi ilə yaşlı insanların 1979-1983-cü illərdəki həyat tərzini, onların demoqrafik göstəricilərini araşdırıb, kimlərə sonradan demensiya diaqnozunun qoyulduğunu öyrənməyə çalışıb.

Tədqiqat qrupu müəyyən edib ki, 50-60 yaşlarında olan insanlarda bədən çəkisi indeksi (insanın çəkisi ilə boyunun nisbəti) aşağı olduqda, onun demensiyaya tutulma riski əhəmiyyətli dərəcədə artır.

Qeyd edək ki, demensiya ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur. (Oxu.az)

Oxundu 542