Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub - YENİLƏNİB

Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib

Mingəçevirdə aptekdə dondurma satılır? - FOTO

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

AİLƏ-SAĞLAMLIQ

Zaqatalada ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib

09.05.2018 11:42

8 may 2018-ci il tarixində “ASAN xidmət” və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Zaqatalada ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib. Yeniavaz.com xəbər verir ki, aksiya çərçivəsində 600-ə yaxın vətəndaş ödənişsiz olaraq peşəkar həkim müayinələrindən yararlanıb. Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Qeyd edək ki, bu aksiyanın layihə müddətində Səyyar ASAN xidmətin olduğu məntəqələrdə mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.

Oxundu 184