Siqareti tərgitməyin effektiv yolu

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

AİLƏ-SAĞLAMLIQ

Təhlükəli xərçəngə qalib gəlməyin yolu tapılıb

08.05.2018 01:48

Döş xərçəngi zamanı metastazın inkişafında başlıca rolu “AXL” zülalı oynayır. Kanadanın Monreal universitetinin alimləri belə bir nəticəyə gəlib.

Bu barədə pres-reliz “MedicalXpress” jurnalında dərc olunub.

Araşdırmaya əsasən birləşmənin bloklanması müalicəsi olmayan ikinci dərəcəli şişlərin inkişafının qarşısını ala bilər.

Süd vəzi xərçənginin bəzi tiplərində “HER2” fermentinin yüksək fəallığı izlənilir. Bu aktivlik aqressiv şişlərin meydana gəlməsinə təsir göstərir.

Metastaz, yəni digər toxuma və orqanlarda formalaşan ikinci dərəcəli ocaqların inkişafı zamanı xəstəni müalicə etmək çox çətin olur. Metastaz süd vəzi xərçəngindən ölüm hallarının 90 faizinə cavabdehdir.

Alimlər müəyyən edib ki, “HER2” xərçəng hüceyrələrində olan “AXL” zülalının yüksək miqdarı onların ilkin şişdən ayrılaraq digər toxumalara yayılma ehtimalını artırır.

Bu birləşmənin aktivliyinin aşağı salınması isə pasiyentin sağ qalma şanslarını artırır. Alimlər əmin edir ki, “AXL”ə hədəflənən preparatlar orqanizmdə metastazın qarşını almağa kömək olacaq. (oxu.az)

Oxundu 506