ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

QƏRİBƏ DÜNYA

Ən qədim insan məskənlərindən biri aşkarlandı

05.05.2018 04:40

Beynəlxalq tədqiqat qrupu Filippində naməlum arxaik insanların düşərgəsini aşkarlayıb.

Tapıntı barədə məqalə “Science Alert” jurnalında dərc olunub.

Düşərgənin 709 min il əvvəl mövcud olduğu təxmin edilir. Arxeoloqlar qazıntı sahəsində daşdan hazırlanmış 57 alət, həmçinin üzərində xəsarət izləri olan heyvanların o cümlədən kərgədan və steqodonun sümüklərini aşkarlayıb.

Bundan əvvəl regionda Homo soyunun ən qədim izi Kalyo mağarasında aşkarlanmış sümük idi. Həmin sümüyün eramızdan 65 min il əvvəl yaşamış insana məxsus olduğu müəyyən edilmişdi.

Yeni tapıntı insanların arxaik əcdadlarının Cənub-Şərqi Asiyada məskunlaşdığını və okean cərəyanları ilə Çin və Tayvan ərazisindən adalara köçdüyünü göstərir. Onların flores və ya denisov soyundan olduğu güman edilir. (oxu.az)

Oxundu 281