ilin-sonunadek-azerbaycanda-dizel-ve-benzinin-qiymeti-bahalasa-biler

"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"

vezifesinden-geri-cagirilan-aydan-rzayeva-kimdir

Vəzifəsindən geri çağırılan Aydan Rzayeva kimdir?

pasinyanin-istefasi-ile-olke-rusiyanin-elinden-cixir-onlarin-yeni-hedefi-var-politoloq

"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq

Cümə axşamı, 18 oktyabr 2018
RU EN TR
EN TR RU

ANALİZ

CHP Ərdoğana qarşı niyə İnceni çıxardı? - ANALİZ

04.05.2018 18:28

Muharrem İncenin prezidentliyə namizəd göstərilməsi Cümhuriyyət Xalq Partiyasının (CHP) yerli təşkilatlarından və partiyanın tərəfdarlarından rəhbərliyə gələn təzyiqlər böyük rol oynayıb.

Bunu politoloq Şahin Cəfərli CHP-nin iyunun 24-Türkiyədə keçiriləcək növbədənkənar prezident seçkilərində partiya adından M. İncenin adını namizəd göstərməsini şərh edərkən deyib.

Kılıçdaroğluna qarşı inciklik qalmışdı

Politoloq xatırladıb ki, 2014-cü ildə keçirilmiş ötən prezident seçkilərində CHP rəhbərliyi Milliyətçi Hərəkat Partiyası (MHP) ilə birlikdə vahid namizəd müəyyən etmişdi və Rəcəb Tayyib Ərdoğanın qarşısına Ekmeleddin İhsanoğlu çıxarılmışdı: “İhsanoğlu CHP-nin siyasi-ideoloji xəttinə, CHP üzvlərinə və seçicilərinə çox uzaq adam idi, ümumiyyətlə, o, heç vaxt siyasətlə məşğul olmamışdı və ölkə daxilindən daha çox ölkə xaricində tanınırdı. Buna görə də CHP üzvlərinin və seçicilərinin müəyyən hissəsi Kamal Kılıçdaroğlunun bu qərarına etiraz olaraq 2014-cü il seçkilərində səsverməyə getməmişdi. Səsverməyə gedənlər isə məcbur qalaraq İhsanoğluna səs vermişdilər və onlar da bu qərardan narazı idilər. O vaxtdan bəri partiya daxilində bu məsələ ilə əlaqədar Kılıçdaroğluna qarşı küskünlük, inciklik qalırdı”.

Güldən niyə vaz keçildi?

Ş. Cəfərlinin sözlərinə görə, erkən seçkilərin iyunun 24-də keçiriləcəyi elan olunduqdan sonra CHP-nin namizədinin kim olacağı yenə diqqət mərkəzinə düşdü: “Müxtəlif adlar hallanırdı. Ötən günlərdə CHP-nin digər müxalif partiyalarla birlikdə Türkiyənin 11-ci prezidenti Abdulla Gülün namizədliyini dəstəkləyə biləcəyi barədə iddialar yayıldıqdan sonra CHP içərisindən buna çox güclü etirazlar gəldi. Xüsusən yerlərdə sıravi CHP-lilər Gülə əsla səs verməyəcəklərini deyərək Kılıçdaroğluna öz etirazlarını bildirdilər. Partiyanın rəhbərliyi və millət vəkilləri arasında da Gülə münasibət birmənalı olmadı. Həm buna görə, həm də İyi Partiyanın lideri Meral Akşenerin Gülün müxalifətin vahid namizədi olmasına qarşı çıxmasından sonra Kılıçdaroğlu bu ideyadan vaz keçdi”.

CHP 3 namizəd arasında qalmışdı

O diqqətə çatdırıb ki, CHP-nin namizədi qismində partiya daxilində 3 şəxsin adı önə çıxmışdı: “Həmin şəxslər vaxtilə Türkiyə Dövlət Plan Təşkilatının rəhbəri olmuş, ölkənin ən tanınmış iqtisadçı mütəxəssislərindən biri olan millət vəkili İlhan Kesici, Əskişəhər bələdiyyə sədri Yılmaz Büyükerşen və millət vəkili Muharrem İnce olublar. Bu üç nəfərin namizədliyi ilə bağlı CHP daxilində keçirilən rəy sorğularında İnce üstün oldu. Digər tərəfdən, o da nəzərə alındı ki, əgər CHP-nin namizədi Kesici və ya Büyükerşen olarsa, partiya seçicilərinin bir qismi Akşenerə səs verəcək. Akşener və onun partiyası ilə müttəfiqlik münasibətlərinə baxmayaraq, aydındır ki, ana müxalifət statusuna malik CHP öz namizədinin seçkidə 3-cü olmasını istəməz. Buna görə də partiyanın üzv və tərəfdarlarını səfərbər edə biləcək, partiya təşkilatlarında ruh yüksəkliyi yaradacaq namizəd kimi məhz İnceyə üstünlük verildi”.

Kılıçdaroğlu İnceni qurban verdi?

Həmsöhbətim K. Kılıçdaroğlunun CHP-də öz kreslosunu qorumaq məqsədilə M.İnceni qabağa verərək ehtimal olunan məğlubiyyəti onun boynuna yükləmək məqsədi güddüyünə inanmadığını vurğulayıb: “ Əlbəttə ki, Kılıçdaroğlu hələ CHP liderliyindən getmək istəmir, bu, aydın məsələdir. Amma qarşıdakı seçkilər ölkə üçün taleyüklüdür və Türkiyə demokratiyasının gələcəyi baxımından çox önəmlidir. 24 iyun seçkilərində (prezident və parlament) yenə Ərdoğan və Ədalət və İnkişaf Partiyası (AKP) qalib gələrsə, bəlkə də bir daha Türkiyədə demokratik seçki olmayacaq. Bunu Kılıçdaroğlu da, bütün müxalifət də çox yaxşı anlayır. Ona görə də, mən Kılıçdaroğlunun öz şəxsi mənafeyini ön planda tutduğunu və partiyanın namizədini seçərkən bu motivlə hərəkət etdiyini ağlabatan versiya saymıram. Yuxarıda qeyd etdiyim ki, Kılıçdaroğlu partiya təşkilatlarından gələn basqılar səbəbi ilə İncenin namizədliyi üzərində dayandı. Mən “Kılıçdaroğlu öz kreslosunu düşünür” fikrinə yalnız bu baxımdan qatıla bilərəm ki, məsələn, bu dəfə də İhsanoğlu kimi bir namizəd irəli sürülsəydi, CHP daxilində Kılıçdaroğluna qarşı qiyam qalxa bilərdi və o, bəlkə də öz vəzifəsini itirərdi. Ona görə də Kılıçdaroğlu CHP üzvlərinin mövqeyini nəzərə almağa məcbur oldu”. (topxeber.az)

Oxundu 921