Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub - YENİLƏNİB

Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib

Mingəçevirdə aptekdə dondurma satılır? - FOTO

Cümə axşamı, 24 may 2018
TR EN RU

Menu

Cümə axşamı, 24 may 2018
EN TR RU

QƏRİBƏ DÜNYA

Maşının qapısı açıldı, 600 min dollar yola dağıldı VİDEO

04.05.2018 02:13

ABŞ-ın İndiana ştatında “Brinks” şirkətinə məxsus zirehli avtomobil hərəkətdə olan zaman qəfildən arxa qapısı açılıb və dollarla dolu olan torbalar şosseyə dağılıb.

Bu barədə TASS məlumat yayıb.

“Əskinazlarla dolu torba yola dağıldı. Baş verənlər hər hansı filmdən səhnəni xatırladırdı. Pullar hər tərəfə səpələndi. İnsanlar maşınlardan düşüb, onları toplamağa başladı. Hər gün şosselərdə dolların necə dağıldığını görə bilməzsiniz. Xaos yaşanırdı”, - deyə yol polisi Brok Makkoy bildirib.

Məlumata görə, pul daşıyan avtomobilin sürücüsü yalnız digər sürücülərin xəbərdarlıq siqnalından sonra dayanıb. Ehtimal edilir ki, 600 mindən çox dollar yola səpələnib.

Polis pulları toplayanlara çağırış edərək, əskinazları könüllü şəkildə təhvil verməyi məsləhət görüb.

Hüquq-mühafizə orqanları pulları könüllü qaytaranları heç bir cəzanın gözləmədiyini bildirir.(axar.az)

Oxundu 1927