azerbaycanda-psixi-xestelerin-sayi-artib-statistika

Azərbaycanda psixi xəstələrin sayı ARTIB - STATİSTİKA

kocaryan-partiya-qurur-ve-muxalifete-kecir

Koçaryan partiya qurur və müxalifətə keçir

bu-sexs-evlere-girib-ogurluq-edirmis-fotolar

Bu şəxs evlərə girib oğurluq edirmiş - FOTOLAR

Cümə, 19 oktyabr 2018
RU EN TR
EN TR RU

AİLƏ-SAĞLAMLIQ

Ev heyvanlarının gözlənilməz faydası aşkarlandı

02.05.2018 02:30

Şəhər mühitində yaşayan insanların ev heyvanı saxlamaması onların psixiki sağlamlığına mənfi təsir edə bilər.

Uilyem və Kolorado universitetlərindən olan tədqiqatçılar belə bir nəticəyə gəlib.

Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

Eksperimentdə 20-40 yaşlarında olan 40 alman iştirak edib. İştirakçılardan yarısı fermada ev heyvanlarının əhatəsində böyüyüb, digər yarısı isə şəhər mühitində yaşayıb və nadir hallarda heyvanlarla təmasda olub.

Sınaqda iştirak edənlərə vaxtla, o qədər də mürəkkəb olmayan riyazi tapşırıq verilib. İmmunitetin reaksiyasını araşdırmaq üçün kişilərdən testdən beş dəqiqə əvvəl, həmçinin testdən 15, 60, 90 və 120 dəqiqə sonra qan və tüpürcək nümunələri götürülüb.

Nəticədə ikinci qrup üzvlərinin qanında yüksək mononüvə hüceyrələri səviyyəsi ortaya çıxıb. Mononüvə hüceyrələri immunitetin stress hallarına reaksiyasının əsas komponenti sayılır.

Tapşırığın yerinə yetirilməsindən iki saat keçsə belə, şəhərlilərdə “interleykin-6” miqdarı yüksək, “interleykin-10” miqdarı isə normadan aşağı olub.

Digər yandan, kənd yerində böyümüş insanların orqanizminin stress hallarına reaksiyası mötədil olub. Bu öz yerində gələcəkdə onlarda psixiki pozuntuların inkişafı riskinin çox aşağı olduğunu göstərir.

Tədqiqatçıların fikrinə görə, ev heyvanlarından onların sahiblərinə ötürülən mikroorqanizmlər insanı stress hallarına daha dözümlü edir. Belə ki, həmin bakteriyaların təsiri altında immun sistemi iltihaba qarşı prossesslərdə tarazlığa nail olur və allergiya, autoimmun xəstəliklər və psixiki pozuntu risklərini aradan qaldırır. (oxu.az)

Oxundu 291