Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

Rəsulzadənin baxımsız qalan, uçub dağılan büstü - VİDEO

şənbə, 26 may 2018
TR EN RU

Menu

şənbə, 26 may 2018
EN TR RU

AİLƏ-SAĞLAMLIQ

Alimlər erkən ölümlərin səbəbini ət yeməkləri ilə əlaqələndirirlər

30.04.2018 09:34

Əgər insanlar ətdən imtina etsəydilər, erkən ölümlərin ən azı üçdə birindən qaçmaq mümkün olardı. "RİA Novosti" xəbər verir ki, belə bir açıqlama ilə Harvard universitetinin Epidemiologiya və Qidalanma sahəsi üzrə tibb məktəbinin professoru Uolter Uillet çıxış edib.

Onun sözlərinə görə, sağlam qidalanma bitki qidasına əsaslandırılmalıdır. Bu halda ətdən birdəfəlik imtina etmək tamamilə vacib deyil. "Sağlam qidalanma praktik olaraq hər şeyin riskini aşağı salır", - deyə professor əminliklə vurğulayıb. Oxşar fikri tibbə məsul olan komitənin prezidenti doktor Nil Barnard da bölüşüb.

"İnsanlar hesab edirlər ki, sağlam qidalanma onlara ciddi effekt göstərir, vegeterian pəhrizi isə sadəcə çəkini bir az azaltmağa kömək edir. Amma nə vaxt ki, belə pəhrizlər düzgün təşkil edilir, onlar çox təsirli ola bilərlər", - deyə o bildirib.Report

Oxundu 158