Zaxarova: ABŞ-da Rusiya konsulluğuna "reyder basqını" ediblər

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova ABŞ hakimiyyət nümayəndələrinin Rusiyanın Sietl şəhərindəki baş konsulluğuna daxil olmasını “reyder basqını” kimi qiymətləndirib.

Bu barədə “Ren TV” telekanalı məlumat yayıb.

“Baxmağa tələsin: ABŞ hakimiyyəti Rusiyanın Sietldakı baş konsulluğunun bina kompleksini zəbt etməyə başlayıb. Çox nadir görüntüdür – dövlət tərəfindən reyder basqınıdır”, - deyə Zaxarova sosial şəbəkə hesabında yazıb.

Bundan əvvəl Rusiya səfirliyi ABŞ-ın güc strukturu əməkdaşlarının baş konsulluğun qapılarını sındırdığını əks etdirən görüntünü yayıb. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top