Putin Sarkisyana zəng vurub

Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Armen Sarkisyanla telefon söhbətində Ermənistandakı mövcud vəziyyəti müzakirə edib.

Bu barədə “RİA Novosti” Rusiya prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Telefon söhbətində Ermənistandakı mövcud vəziyyət müzakirə olunub. Vladimir Putin və Armen Sarkisyan vurğulayıblar ki, ölkədə daxili böhranın ən qısa zamanda öhdəsindən gəlmək üçün bütün siyasi qüvvələrin təmkinli və məsuliyyətli olmaları və mövcud problemlərin konstitusiya çərçivəsində konstruktiv dialoq yolu ilə həllinə hazırlıq nümayiş etdirmələri son dərəcə vacibdir”, - deyə məlumatda qeyd olunur. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top