Yaz yorğunluğunu azaldan 8 QİDA

Hər il bu aylarda halsızlıqdan, depressiyadan, yuxudan doymayan insanların sayı artır. Bu isə səbəbsiz deyil - yaz yorğunluğu insanlara öz mənfi təsirini göstərir, xüsusilə işləyən insanları çətin duruma salır. Yeniavaz.com-un məlumatına görə, mütəxəssislər isə yaz yorğunluğundan xilas olmaq, bu mərhələni rahat keçə bilmək üçün bəzi qidalara süfrələrdə daha çox yer verilməsini məsləhət görürlər.

1. Yumurta. Protein və dəmirlə zəngindir. Dəmir çatışmazlığı ilə əlaqədar yorğunluq, halsızlıq, yuxusuzluq kimi simptomların aradan qalxmasına yardımçı olur.

2. Çiyələk. Toxluq hissini artırır və şəkəri qaldırmır. İmmuniteti gücləndirir.

3. Ananas. Xüsusilə dieta saxlayan insanlara müsbət təsir göstərir. Bağırsaqların fəaliyyətinə müsbət təsir edir. C vitamini ilə zəngindir. Tərkibindəki B1 vitamin karbonhidratların enerjiyə çevrilməsini şərait yaradır.

4. Kivi. C vitamini ilə zəngin olan meyvələr arasında yer alır. İnsanın özünü gümrah hiss etməsinə səbəb olur.

5. Avokado. Yaz aylarında vitamin və mineral azalmasının qarşısını alır. A, B1, B2, B6, C, E, K vitaminləri, fosfor, maqnezium, dəmir, kalsiumla, Omega-6 və Omega-9-la zəngindir.

6. Qoz, fındıq və badam. Maqnezium, E vitamini və Omega-3 sayəsində yorğunluğa qarşı faydalıdır. Tərkibindəki E vitamini immunitet sistemini gücləndirir.

7. Kefir. İmmun sisteminin güclənməsinə yardımçı olur və yaz yorğunluğundan tez qurtulmağa yardım edir.

8. Su. Bu ərəfələrdə bol-bol su için. Suyun tərkibindəki minerallar biokimyəvi reaksiyaların reallaşmasında inanılmaz dərəcədə müsbət rol oynayır. Ortalama olaraq kişilər hər gün 3 litr (13 stəkan), qadınlar isə 2-2,5 litr (9 stəkan) su içməlidirlər.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top