Azərbaycanın bir vaxtlar filmə çəkilən vəzifəli şəxsləri - SİYAHI

Dünyanın bir çox ölkələrində aktyorluqdan nazir müavini, nazirliyə qədər yüksək vəzifəyə yüksələnlər az deyil. Məsələn, bir neçə il öncə saytlar yazırdılar ki, İslandiyanın ən qalmaqallı aktyor və müğənnilərindən olan Ottarr Proppe ölkənin səhiyyə naziri postuna təyinat alıb.

Azərbaycanda aktyorluqdan birbaşa nazir postuna təyin olunan yoxdur, amma yüksək vəzifəli şəxslər arasında filmə çəkilənlər az deyil. Yeniavaz.com saytı onlarla bağlı məlumatları təqdim edir.

1. Azərbaycanın I vitse-Prezidenti Mehriban Əliyeva uşaqlıq illərində filmə çəkilib. Onun rol aldığı filmdən fraqmentlər bir müddət öncə sosial şəbəkələrdə yayılıb. Dövlət Televiziyasında efirə gedən süjetdə isə Mehriban Əliyevanın kiçik yaşlarında "Danışan məktub" adlı filmə çəkildiyi açıqlanıb. Filmdə Mehriban xanım Validə obrazını canlandırıb.

2. Bir neçə gün öncə Azərbaycanın Baş naziri olan Novruz Məmmədovun tərcümeyi-halı ilə bağlı saytlarda məlumat yayılanda onun filmə çəkilməsi də xususi vurğulandı. Bildirilir ki,

Novruz Məmmədov 1995-ci ildə ekranlaşdırılan "Fransız" filmində Fransa səfirliyinin əməkdaşı rolunu ifa edib.

3. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar "Xatirələr sahili" filmində redaksiya işçisi obrazını canlandırıb.

4. Bir müddət öncə vəfat edən Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov da illər öncə filmə çəkilibmiş. A. Vəlibəyov 60-cı illərdə Azərbaycanda yaranan ilk rok qrupu olan "Eskulap"da gitara ifa edib. Məşhur "Gün keçdi" filmində "Bir axşam taksidən" mahnısının caz variantını 60-cı illərdə populyar olan "Eskulap" qrupu ifa edir. Qrupun baş gitaraçı oğlanı isə Abbas Vəlibəyov olub".

5. Hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da filmə çəkilib. O, "Qorxma, mən səninləyəm" filmində Teymur rolunu oynayıb.

6. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli "Tütək səsi" filmində Tapdıq, "Arxadan vurulan zərbə" filmində isə Fazil rolunda çəkilib.

7. Bu günlərdə işdən çıxarılan Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev "Dantenin yubileyi" filmində çəkilib.

8. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin əməkdaşı Nadir Əzməmmədov isə hazırda ATV kanalında yayımlanan "Vicdan haqqı" serialında rol alıb.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top