Dünyada KİV azadlığının məhdudlaşdırılması rekord miqyasa çatıb

İl ərzində dünyada kütləvi informasiya vasitələrinin (KİV) işi daha çox məhdudiyyətlərə məruz qalaraq rekord həddə çatıb.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Parisdə yerləşən “Sərhədsiz reportyorlar” qeyri-hökumət təşkilatının dərc etdiyi illik KİV azadlığı reytinqində deyilir. Reytinqdə söz azadlığı ilə bağlı vəziyyətin getdikcə daha pisləşdiyi ilk üç ölkə Şimali Koreya, Eritreya və Türkmənistan göstərilib.

Ümumilikdə 21 dövlət aşağı reytinq alıb. Bura Azərbaycan, İraq, İran, Misir, Çin və Özbəkistan da daxildir. Təşkilatdan qeyd ediblər ki, postsovet ölkələri və Türkiyə KİV azadlığının pisləşməsində dünya liderləri olaraq qalırlar. Bildirilir ki, Rusiya və Türkiyədə KİV azadlığının səviyyəsi 30 il əvvəlki göstəriciyədək enib. Rusiya reytinqdə 148-ci, Türkiyə isə 157-ci yerdə qərarlaşıb. KİV azadlığı siyahısında isə ilk yerləri müvafiq olaraq Norveç, İsveç, Niderlanda və Finlandiya tuturlar.

DİGƏR XƏBƏRLƏR

Top