Goranboya ilanlar gəlib - FOTO

Goranboya yay gəlməsə də, artıq ilanlar gəlib. Sürünənlər Goranboyun Qaradağlı kəndində sakinlərin çağırılmamış qonağına çevrilib. Kənd sakini Murad Muxatarov səhər saatlarında öz həyətində uzunluğu 1 metr 40 santimetr olan ilanı hamam otağına girən zaman öldürüb. Ev sahibinin sözlərinə görə, aprel ayı girəndən həyətdə 10-dan artıq ilan gözə dəyib ki, onunda 6-sını məhv edə bilib.

Murad Muxtarov bildirib ki, evlə yanaşı tövlədə də, zəhərli canılının qabığını tapıb. İlanların yay fəslində deyil, yazda görünməsi ev sahiblərini ciddi narahat edir. Onlar yaşadıqları həyətin müəyyən hissələrində dərmanlama işi aparsalar da, sürünənlərin günbəgün böyükləri üzə çıxır.

Sakinlər bildirir ki, isti iqlimi ilə seçilən Goranboyda ilanlar daha çox iyun-iyul aylarında görünürlər. İnsanlar sahələrdə işləyən sürünənlərin hücumuna məruz qalırlar. Bu təhlükə sakinləri qorxuya salıb.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top