Ermənistanda Sarqsyandan sonra daha bir istefa

Ermənistanın idman və gənclərlə iş nazirinin səlahiyyətlərini icra edən, “Çiçəklənən Ermənistan” partiyiasının nümayəndəsi Qraçya Rostomyan istefa verib.

Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, o, istefa ərizəsində ümummilli səfərbərliyə qoşulduğunu və şəxsən küçəyə çıxacağını bildirib.

Q. Rostomyan hakim Ermənistan Respublika Partiyası və Daşnaksütyun partiyasını xalqa qoşulmağa və onun tələblərinə tabe olmağa çağırıb.

Xatırladaq ki, aprelin 23-də Serj Sarqsyan Baş nazir vəzifəsindən istefa verib.

DİGƏR XƏBƏRLƏR

Top