Ruhanidən Trampa: Sən siyasət haqqında heç nə bilmirsən

ABŞ hökuməti ərəb dünyasının resurslarının talan edilməsi ilə məşğul olur, buna görə də amerikalılar region tərk etməlidirlər.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

Onun fikrincə, Qərb ölkələri regionda təhülkəsizliyi heç vaxt təmin etməyiblər.

Prezident viran qoyulmuş Əfqanıstana, İraqa qarşı təcavüzə, Yaxın Şərq ölkələrindəki terrorçuluğun hökmranlığına diqqət çəkib.

H. Ruhani ABŞ Prezidenti Donald Trampa müraciət edərək deyib: “Sən siyasət və qanunlar haqqında heç nə bilmirsən. Amerikalı hərbçilər Suriyada qalmaq üçün maliyyə mənbələri axtarır, Vaşinqtonun regiondan getməsi sabitlik və təhlükəsizliyi bərpa edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top