Saakaşvili: "Sarqsyanın arxasında erməni əsilli rusiyalı oliqarxlar dayanmışdı"

"Serj Sarqsyanın arxasında bir neçə oliqarx, üstəgəl erməni əsilli rusiyalı oliqarxlar dayanmışdı. Onlar Ermənistanda hər şeyə nəzarət edirdilər və ölkədə iman olmadığından süni şəkildə əhalinin demək olar yarısını Ermənistandan göndərmişdilər".

Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Rustavi-2" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistandakı hadisələrə yalnız ağır sosial durum yox, həm də yüksək antirusiya əhval-ruhiyyəsi təsir edib və bunun nəticəsində Ermənistan Rusiyanın orbitindən çıxa bilər.

"Hamı Rusiyanın Qafqazda nə oyun oynadığını anladı. Rusiya nə Ermənistanın, nə də Azərbaycanın müharibədə qazanmasını istəmir, bir əli ilə Ermənistana silah verir, digəri ilə Azərbaycana. Onlar Qafqazda münaqişənin davam etməsində maraqlıdırlar", - M.Saakaşvili bildirib.

O hesab edir ki, Ermənistanda hadisələrin əsas hərəkətverici qüvvəsi gənclik olub və etirazların məqsədi oliqarxların idarəçiliyinə son qoymaqdır. Report

DİGƏR XƏBƏRLƏR

Top