Ötən il küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən edilib

Ötən il Azərbaycanda ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən edilib.

Bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin həmin uşaqlara müvafiq yardım və qayğı göstərilməsi, onların sosial problemlərinin həlli ilə əlaqədar icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq qurumlarına baxılması üçün 450 material göndərilib. Eyni zamanda onların təlim-tərbiyəsi ilə bağlı üzərilərinə düşən vəzifələri yerinə yetirməyən 220 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. APA

DİGƏR XƏBƏRLƏR

Top