Almaniyada qalmaqal: Bin Ladenin cangüdəni dövlətdən müavinət alır

“Əl-Qaidə” qruplaşmasının keçmiş lideri Bin Ladenin cangüdəni olmuş əslən tunisli Sami A. 1997-ci ildən bəri Almaniya hökumətindən müavinət alır.

Qatı-sağçı “Almaniya naminə alternativ” partiyasının həmin şəxslə bağlı hökumətə sorğu göndərməsindən sonra, məsələ ölkədə geniş rezonans doğurub.

Almaniya hökuməti Sami A. adlı şəxsin aya 1,168 avro məbləğində dövlət müavinəti aldığını təsdiqləyib.

Almaniya mətbuatında həmin şəxsin təhlükəsizliyi məqsədi ilə soyadı və atasının adı gizli saxlanılıb.

Sami.A ekstrimistlərlə heç bir əlaqəsinin olmadığını bildirir. O, hələ 11 sentyabr teraktından əvvəl Bin Laden mühafizə dəstəsindən ayrılıb. Tunisdə xüsusi xidmət orqanlarının ona işgəncələr verəcəyindən qorxduğundan hökumətdən sığınacaq istəyib və ölkəsinə deportasiya edilməyib. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top